Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyidiqqət və qayğı sayəsində kənd təsərrüfatı gündən-günə daha da inkişaf edir.
2007-ci ildən bəri ölkəmizdə ilk dəfə olaraq 70 tondan çox barama istehsal edilib. Bu sahənin inkişafını sürətləndirmək, ipəkqurdunun yem bazasını gücləndirmək üçün tədrlər planı davam etdirilir. Baramaçılıq sahəsini inkişaf etdirmək üçün Çindən 1 milyona yaxın tut ağacı tingləri gətirilib. Çindən gətirilən bu ikiillik tinglər fermerlərə pulsuz verilir.
Kənd Təsərrüfatı Nazirliyi tinglərin alınması ilə bağlı açıq tender elan edib. Tenderdə bir neçə ölkə iştirak edib. Bunlardan ən müvafiqi tinglərin keyfiyyətinin yüksəkliyi, iqlim şəraitinə uyğunluğu, qiymətinin ucuzluğu ilə Çin Xalq Respublikasının kompaniyası qalib gəlib.
Bu tinglərin üstünlüyü yarpaqlarının yumşaq olması və yüksək yarpaq veriminə malik olması ilə bağlıdır.
Tut tingləri hava limanından operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və daha sonra bölgəyə uyğun bu rayonlardan ətraf 37 rayona paylanılıb. Barama istehsalçıları üçün yerli icra orqanları tərəfindən bu plantasiyaların əkilməsi təmin olunur.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığı və Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyevin rəhbərliyi ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi ərazisində tinglərin əkini üçün əvvəlcədən ən uyğun yer seçilib, şumlanmış suvarılması üçün əvvəlcədən arx yerləri düzəldilmişdir.
Xocalı rayonu bütün tərkibi ilə - icra hakimiyyəti nümayəndələri, təhsil, mədəniyyət, səhiyyə işçiləri və başqaları tinglərin əkilməsində həvəslə iştirak etdilər.
Ümid edirik ki, görülən tədbirlər planı nəticəsində baramaçılıq sahəsi daha da inkişaf edib güclənəcək və gələcəkdə dövlət büdcəsinə öz töhfəsini verəcək.
Cahid ƏLƏKBƏROV,
Bölgə müxbiri